“Facebook”un səhmlərinin qiyməti 11,5% artıb

31 Yanvar 2019 12:08 (UTC+04:00)

Bu barədə şirkətin press-relizində bildirilib.

"Facebook"un 2018-ci ilin oktyabr-dekabr aylarındakı xalis mənfəəti 6,28 milyard dollar və ya hər bir səhm üçün 2,38 dollar təşkil edib. Ötən ilin analoji dövründə isə göstəricilər 4,268 milyard dollar və ya hər bir səhm üçün 1,44 dollar olub.

Gəlir 30% artaraq 16,914 milyard dollara çatıb. Ötən il bu rəqəm 12,972 milyard dollar olub.

Son rübdə "Facebook"un reklam gəlirləri də 30% artaraq 16,64 milyard dollara çatıb.

"Hesablamalarımıza görə, hər ay, təxminən, 2,7 milyard insan "Facebook", "Instagram", "WhatsApp" və ya "Messenger"dən istifadə edir, 2 milyarddan artıq adam isə bu servislərdən az birindən yararlanır", - şirkətin hesabatında vurğulanır.

"Facebook"un səhmlərinin qiyməti elektron ticarətdə 11,5% artıb.(report.az)

© AzNews.az