Gürcüstanın əsas qaz təchizatçısı olan “SOCAR Georgia Gas” pərakəndə şəbəkənin kommersiya abunəçiləri üçün tarifləri artırır.
Martın 1-dən qüvvəyə minəcək yeni tarifə əsasən, qazın qiyməti 10,5 faiz artırılaraq ƏDV də daxil olmaqla 1 kub metrə görə 0,95 lari təşkil edəcək.
SGG-nin yaydığı məlumatda qeyd edilir ki, qiymət dəyişikliyi milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsinin və qaz paylanması tarifinin dəyişməsi ilə əlaqədardır.(qafqazinfo.az)
© AzNews.az