Rusiyanın tanınmış müğənnisi Bakıda klip çəkdirdi - VİDEO

31 Yanvar 2019 12:51 (UTC+04:00)

Rusiyanın gürcü əsilli məşhur müğənnisi Vaxtanq Kalandadze Bakıda klip çəkdirib.

30 yaşlı ifaçı 4 ay bundan əvvəl təqdim etdiyi “Обнадежь надеждой, нирвана” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

O, bunun üçün bir müddət əvvəl Azərbaycana gələrək layihənin çəkilişlərini Bakıda həyata keçirib.

Paytaxın müxtəlif səmtlərində lentə alınan ekran işinin rejissoru Boris Milovanovdur.

Klipdə Vaxtanqın uşaqlıq illəri, həyatda üzləşdiyi çətinliklər əks olunub.

Onun uşaqlıq həyatını Səid Temurxanov canlandırıb.(qafqazinfo.az)

© AzNews.az