Tanınmış aktyor vəfat etdi

31 Yanvar 2019 13:58 (UTC+04:00)

Amerikalı tanınmış aktyor Dik Miller ömrünün 91-ci ilində Kaliforniyada vəfat edib.

Aktyorun ölüm səbəbi açıqlanmır.

“Terminator” və “Gremlin” filmlərindəki rolları ilə tanınan aktyor karyerası ərzində 150-dən çox ekran əsərində rol alıb. O, həmçinin “Piranha”, “The Howling”, “A Bucket of Blood”, “The Little Shop of Horrors”, “Explorers”, “The Burbs and Small Soldiers” kimi filmlərdə baş rola çəkilib.

Aktyorun həyat və fəaliyyətinə həsr olunmuş “Bu oğlan Dik Millerdir” sənədli filmi lentə alınıb.(AZƏRTAC)

© AzNews.az