"Etiraz hüququmdan məhz indi istifadə edirəm" - Mehriban Zeynalova

31 Yanvar 2019 14:38 (UTC+04:00)

"Bu günlərdə Ermənistanda siyasi məhbus Mqer Yeqizaryan 45 gün davam edən aclıq aksiyasından sonra həyatını itirib. Nə baş verib? Nədən 45 gün etiraz olaraq qida və sudan imtina edən Mqer Yeqizaryanın həyatı, etirazı heç kimi narhat etməyib? Bəlkə onun etiraz hüququ olmayıb? Bəlkə də insan haqlarının onun etirazına aidiyyatı yox imiş? Bəs bəşəri dəyərlər deyib insan haqları uğrunda mübarizə apardığını bəyan edənlər Mqerin etirazını niyə “eşitməyib"?".

AzNews.az xəbər verir ki, bunu

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O bildirib:

- Avropa Şurasınn üzv dövlətlərdə insan haqlarına aid olan heç bir məsələnin xırda məsələ hesab etmədiyi halda Mqer Yeqizaryanın uzun müddətli etirazdan sonra ölümünü insan haqları kateqoriyasına aid etməməsi onun insan haqlarına sadiqliyinin hansı bəndinə uyğun gəlir?

Necə olur ki, Azərbaycanda hər bir məsələ insan haqları kateqoriyasının A-Z bəndləri ilə təftiş edilir, son olaraq Mehman Hüseynov ətrafında hansisa maraqlar xatirinə gedişlər edilir və ölkə demək olar ki, hər iclasda müzakirəyə çıxarılır, amma Ermənistanda siyasi fəaliyyətlə məşğul olan partiyalardan birinin sədr müavini, həm də "Haynews.am" saytının rəhbəri olan şəxsi Avropa Parlamenti, AŞPA, ATƏT “görmür”?

Mən siyasi fəaliyyətlə məşğul deyiləm, lakin insan haqlarını ümumbəşəri dəyər hesab edirəm. Bu dəyərləri Sizin yazdıqlarınıza inanıb qəbul etmişəm. Amma indi tərəddüddəyəm. Çünki, ölkəmin məhz islamafobiya, ikili standartlara məruz qaldığını görürəm. Və buna etiraz hüququmdan məhz indi - Sizin ikili standarları bir daha gördüyüm zaman istifadə etməkdə haqlı olduğuma əminəm!

AzNews.az