Fatih Portakala üç günlük qadağa

31 Yanvar 2019 14:59 (UTC+04:00)

Buna səbəb Türkiyə Radio və Televiziya Şurasının (RTÜK) kanalı cərimələməsi ilə bağlıdır.

Qərar RTÜK tərəfindən ötən ilin sonunda qəbul olunub.

Şura Fatih Portakalın aparıcılıq etdiyi “FOX Ana Xəbər” proqramının 3 gün, Halk TV-də yayımlanan “Halk Arenası” verilişinin isə 15 gün müddətində yayımdan qaldırılması barədə göstəriliş verib.

Həmin saatlarda isə televiziyada sənədli filmlər göstəriləcək.

Bundan əlavə, Halk TV-də “tənqidin həddini aşma” halları daha çox rast gəldiyi üçün TV-nin 5 proqramının 8 dəfə yayımını dayandırılacaq. Bu, 22 fevral və 22 mart tarixləri arasında tətbiq ediləcək.

Qeyd edək ki, Halk TV “tənqidin həddini aşma”, Fox TV isə “tərəfsizliyini pozmaq”da ittiham olunub.(qafqazinfo.az)

© AzNews.az