“16 nəfərin “donuz qripi”nə yoluxması barədə məlumat yalandır”

31 Yanvar 2019 15:17 (UTC+04:00)

Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.

Nazirlikdən bildirilib ki, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.

“Taun Əleyhinə Stansiya ÜST-yə hər hansı nümunə göndərilməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”- deyə Səhiyyə Nazirliyindən bildirilib.(report.az)

© AzNews.az