Axtarışda olan azərbaycanlı Rusiyada tutuldu

31 Yanvar 2019 15:57 (UTC+04:00)

Axtarışda olan həmyerlimiz Rusiyada tutulub.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 320-ci maddəsi (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) ilə axtarışda olan Ə.Ənsərov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində tutulmuşdur.

AzNews.az