Türkiyəli müğənni Demet Akalın dünən Haliç Konqres Mərkəzində konsert verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənninin konserti zamanı tamaşaçılardan biri ona yaxınlaşaraq sevgilisinə evlilik təklifi etmək istədiyini deyib.
Demet Akalın konsertin ortalarına yaxın həmin cütlüyü səhnəyə dəvət edib.
Məşhur müğənni evlilik təklifi alan fanatına toy hədiyyəsi olaraq barmağındaki 35 min lirəlik üzüyü verib.
Nigar CƏFƏR
AzNews.az