AXCP Novxanıda ictimai asayişi pozmağa cəhd edib

31 Yanvar 2019 17:07 (UTC+04:00)

Bu gün əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

Bu barədə Abşeron Rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd etmişlər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.(report.az)

© AzNews.az