Ukraynalıların çoxu şoumen namizədi dəstəkləyir

31 Yanvar 2019 17:26 (UTC+04:00)

Ukraynalılar prezident seçkilərində şoumen Vladimir Zelenskiyə səs verməyə hazır olduqlarını bildiriblər.

“İnterfaks-Ukrayna” xəbər verir ki, “Reytinq” sosialoji qrupunun keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə əsasən, respondentlər daha çox Zelenskiyə etimad göstərir.

Prezident seçkilərində iştirak edəcəklərini bildirənlərin 19,0 faizi onu dəstəkləyir.

İkinci yerdə “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko (18,2%) gəlir. Sorğularda üçüncü ən çox səs toplayan namizəd isə hazırkı prezident Pyotr Poroşenko (15,1%) olub.(oxu.az)

© AzNews.az