Rəsmi Tokio Rusiyaya etirazını bildirdi

31 Yanvar 2019 17:43 (UTC+04:00)

Yaponiya Xarici İşlər Nazirliyi Cənubi-Kuril məhkəməsinin 2018-ci ilin iyulunda yapon məmurların və jurnalistlərin Kuril adalarının cənubuna səfəri zamanı onların mobil telefonlarının müsadirəsi barədə qəbul etdiyi qərara görə Rusiya tərəfinə etirazını bildirib.

Bu barədə NHK telekanalı yanvarın 31-də məlumat yayıb. Bildirilir ki, etiraz Yaponiyanın Moskvadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər Nazirliyinə çatdırılıb.

Xatırladaq ki, 2018-ci ilin iyulunda Tokio Rusiyaya mobil telefonların müsadirəsinə görə etirazını bildirmişdi. Həmin vaxt mobil telefonlar Rusiyanın gömrük qaydalarının pozularaq ölkəyə keçirilməsinə görə müsadirə olunmuşdu.(AZƏRTAC)

© AzNews.az