"Neftçi" Valeri Hacıyevin xatirə turnirinin qalibi oldu

31 Yanvar 2019 18:48 (UTC+04:00)

"Neftçi"nin 11 yaşadək futbolçulardan ibarət komandası Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Valeri Hacıyevin xatirəsinə həsr olunan turnirin qalibi olub.

"Ağ-qaralar” 2008-ci il təvəllüdlü futbolçular arasında keçirilən yarışın finalında "Qarabağ"la üz-üzə gəlib. Qarşılaşma "Neftçi"nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Vüsal Kərimov 4 qola imza atıb. Flaqmanın digər qollarını Lorenzo Mezzotero, Əbdüləziz Cabbarlı və Rüstəm Hüseynli vurub.

Qeyd edək ki, Valeri Hacıyev "Neftçi"nin 1966-cı il SSRİ çempionatında bürünc medal qazanan heyətində yer alıb. O, baş məşqçi kimi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında da çalışıb. (report)

AzNews.az