"Qarabağ" komandasının açıq məşqi keçirildi - FOTOLAR

31 Yanvar 2019 19:55 (UTC+04:00)

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın açıq məşqi baş tutub.

Hazırlıq prosesində 25 futbolçu iştirak edib. Zədəli Miçel Madeyra və Reynaldo məşqə qatılmayıblar.

Qeyd edək ki, "Qarabağ" qış fasiləsindən sonra ilk oyununu lider "Neftçi"yə qarşı keçirəcək. Fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 18:30-da start götürəcək. (report)

AzNews.az