Gənc təsadüfən kanalizasiyanı partlatdı - VİDEO

31 Yanvar 2019 22:18 (UTC+04:00)

Çində gənc fişəng vasitəsi ilə yeraltı kanalizasiya xəttini partladıb.

Hadisənin videosunu Orange News yayıb.

Kadrlardan görünür ki, gənc fişəngləri kanalizasiya lyukuna qoymaq istəyərkən, partlayış baş verib.

İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb.

Yerli polisdən bildiriblər ki, partlayış kimyəvi reaksiya - kanalizasiyadakı metan qazının fişəng tüstüsü ilə qarışması nəticəsində baş verib. (oxu.az)

AzNews.az