Sumqayıtda qəza: maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

31 Yanvar 2019 22:59 (UTC+04:00)

Sumqayıt şəhərinin girəcəyində yerləşən "Azpetrol" yanacaqdoldurma məntəqəsində qəza baş verib.

Yol ilə hərəkətdə olan "50-DC-079" dövlət qeydiyyat nişanlı "Ford" markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daha əvvəl Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. (report)

AzNews.az