Toydan çıxıb qəzaya düşdülər - 1 ölü, 3 yaralı
19 Aprel 2013 20:03 (UTC+04:00)
Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AZNEWS.AZ-a daxil olan məlumata görə, rayonun "Sonbeş dairəsi" adlanan yolda VAZ 21-07 markalı avtomobillə QAZ-el toqquşub.
Jiqulinin sürücüsü Ariq Quliyev hadisə yerindəcə dünyasını dəyişib. Sərnişinlər isə ağır yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Onlar sürücünün Türkiyə vətəndaşı olan həyat yoldaşı və başqa ailə - Qurban və Afşan Qaragözoblardır.
Məlum olub ki, bu iki ailə toy mıərasimindən geüri qayıdırmışlar.
Ruhiyyə
AzNews.az