Tikinti sahəsində 50 mindən çox insan işsiz qalıb - Deputat

1 Fevral 2019 16:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, bu şəxs məsuliyyətini başa düşməlidir: “Ölkə başçısının siyasətinın əsası işsizliyin aradan qaldırılmasıdır, bununla bağlı ciddi layihələr həyata keçirilməkdədir. Amma 1 ilə yaxındır ki, o, Bakıda tikinti işini dayandırıb. Mənim tikinti ilə əlaqəm yoxdur, amma bizə müraciətlər edirlər. İnsanların işlə təmin edilməsinə nə üçün qadağa qoyulur? Bu sahədə narahatlıq mövcuddur, aradan qaldırılmalıdır, konkret addımlar atılmalıdır”.

O.Əsədov isə cavab olaraq deyib ki, faktı araşdırmaq lazımdır:

“Araşdırmamış rəqəm söyləmək olmaz. 50 min məsələsi ilə bağlı faktın var? Bu harada olub? Dəqiq sənəd var? Dəqiqləşdirilməmiş məsələləri qaldırıb, ajiotaj yaratmaq lazım deyil”.

Elgün
AzNews.az