Kolumbiya prezidenti türkiyəli müğənniyə təşəkkür etdi - FOTOLAR

1 Fevral 2019 23:35 (UTC+04:00)

Kolumbiya prezidenti İvan Duke Markes türkiyəli müğənni Haluk Leventə zəng edərək ona təşəkkürünü bildirib.

Pulları olmadığı üçün ölkələrinə qayıda bilməyən kolumbiyalı rəqqasları yola salan ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Edilən yaxşılıq dünyanın o biri ucunda olsa da, qarşılığını görür”.

Kolumbiyanın Ankaradakı səfiri də Leventə təşəkkür məktubu yollayıb.

Xatırladaq ki, müğənni Atatürk Hava Limanında 13 gün çarəsiz qalan 7 nəfər rəqqasın Kolumbiyaya qayıtması üçün təyyarə biletlərini almış və onların oteldə yerləşdirilməsini təmin etmişdi. (qafqazinfo)

AzNews.az