Türkiyəli müğənni Hande Yener izləyicisini məhkəməyə verib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənni Hande Yener bir izləyicisini məhkəməyə verib. Buna səbəb isə həmin izləyicisinin Hande Yeneri “Twitter” sosial şəbəkəsində təhqir etməsi olub.
Hande Yener polisə müraciət edərək “sokakkafilii” adlı istifadəçinin kim olduğunun öyrənilməsi və məhkəməyə çıxarılmasını tələb edib.
Nigar CƏFƏR
AzNews.az