Suriya müxalifətinə 100 milyon dollar ayrılacaq

20 Aprel 2013 07:30 (UTC+04:00)
ABŞ Suriya müxalifətinə 100 milyon dollara yaxın vəsait ayıracaq. ANS PRESS xəbər verir ki, məlumatı "Reuters" agentliyi rəsmilərə istinadən yayıb. Bu məbləğin ayrılması Suriya müxalifətinə heç bir hərbi yardım göstərilməyəcəyinin işarəsi kimi qəbul edilir.

ABŞ-ın dövlət katibi Con Kerrinin Suriyaya ayrılacaq yardımın məbləğini istirahət günü açıqlayacağı gözlənilir. Dünən Con Kerri Suriya müxalifətinin nümayəndələri ilə görüşmək üçün Türkiyəyə səfər edib.

AzNews.az