Barış Mançonun evinə 1500 kişi axın edib

2 Fevral 2019 10:25 (UTC+04:00)

Dünən türkiyəli müğənni Barış Mançonun anım günü idi.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1999-cu ilin 1 fevral tarixində həyatını itirən Barış Mançonun dünən ölüm il dönümü idi. Bu münasibətlə onu sevənlər Mançonun Mado ərazisində yerləşən ev muzeyinə axın ediblər. Ziyarət edənlərin arasında Barış Mançonun həyat yoldaşı Lale Manço Ahıskalı, oğulları Doğukan və Batıkan Manço da olub.

Bugün saat 10:30-da Kadiköy limanından Barış Mançonun adını daşıyan gəmi vətəndaşları sənətçinin Kanlıcadaki məzarını ziyarətə aparacaq.

Nigar CƏFƏR
AzNews.az