15 dərəcə şaxtada soyundu, xəstəxanalıq oldu - FOTO

2 Fevral 2019 19:35 (UTC+04:00)

“Ölkə.Az” xəbər verir ki, Alp dağlarının Fransa hissəsində qarın üzərində bikini ilə foto çəkdirən Buzova xəstəxanalıq olub.

Çəkilişlər zamanı havanın tempraturu 15 dərəcə şaxta olduğu üçün fotosesiyadan sonra Buzova xəstəxanaya yerləşdirilib. Ciddi müalicədən sonra Olqanın vəziyyəti yaxşılaşıb.
Olqa Buzova çəkilişdə baş verənləri sosial şəbəkədə paylaşıb:

“Həmişə belə fotolarımın olmasını istəmişdim. Amma bu çəkilişdə nəsə düz alınmadı. Heç üşümürəm kimi davranmalı idim. Düşünürəm ki, fotolar alınıb. Amma sonradan xəstələndim”.

AzNews.az