Milli Şura may ayında elan olunacaq

20 Aprel 2013 08:17 (UTC+04:00)


"Milli Şuranın yaradılması istiqamətində işlərin 70-80 faizi artıq həyata keçirilib. Artıq danışıqların son mərhələsi aparılır. Gələn həftə tərəflərlə aparılan danışıqlardan sonra bu barədə daha geniş məlumat verəcəyik".

Bu sözləri EL hərəkatının rəhbəri Eldar Namazov AzNews.az-a açıqlamasında bildirib. Hərəkat rəhbərinin dediyinə görə, gələn həftə planlaşdırılan danışıqlar indiyə kimi keçirilən görüşlər kimi uğurla keçərsə mayın əvvəlində Milli Şura elan oluna bilər:

"Danışıqlar təkcə AXCP və Müsavtla aparılmır. Biz eyni zamanda digər təşkilatlara da təkliflərimizi vermişik. İnşaallah danışıqlar uğurla başa catacaq".

Orxan
AzNews.az