Rusiyanın paytaxtı Moskva şəhərində dəhşətli yanğın baş verib. Nəticədə 4 nəfər həlak olub.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın RİA novosti agentliyi yayıb.
Yanğın zamanı daha 3 nəfər xəsarət alıb, 42 nəfər isə təxliyə olunub.
Hadisə yaşayış binasında baş verib. Yanğın min kvadrat metr ərazini əhatə edib.
Yanğının söndürülməsi 4 saat davam edib.
Aynur Ələkbərova
AzNews.az