Google-un gəlirləri artır
20 Aprel 2013 09:02 (UTC+04:00)
Google cari ilin ilk rübündə 3.35 milyard dəyərində gəlir əldə etmişdir. Məlumat şirkətin rəsmi mətbuat xidməti vasitəsilə açıqlanıb.
Dünyanın ən böyük internet-axtarış saytı olan google.ın ay ərzində milyard dollarlardan artıq qazandığı məlum olub. 2012-ci ilin birinci rübündə google-ın xalis gəliri 2,89 milyard dollar təşkil edib.
Keçən illə müqayisədə 2013-cü ilin yanvar-mart aylarında google-ın gəliri 31 faizdən 13,97 milyard dollara qədər yüksəlmişdir. Cari ilin birinci rübündə reklamlardan gələn gəliri isə 25 faizdən 2,96 milyard dollara qədər artmışdır.
Google-ın hesabatlarının 19 aprel-də promarketdə dərc olunmasından sonra onun səhmlərinin qiyməti bir faizdən 777 dollara qədər yüksəlmişdir.
2012-ci ilin sonunda google-ın illik gəlirinin 50 milyard dollara qədər artdığı bildirilir ki, bu da şirkətin tarixində ilk dəfədir.
Mətanət