"Muğam müsabiqəsinə 400-ə yaxın iştirakçı qatılıb" - Xalq artisti

5 Fevral 2019 10:08 (UTC+04:00)

Vll Muğam müsabiqəsinin bölgələr üzrə aparılan seçim turu başa çatıb.

Bu barədə AzNews.az-a xalq artisti, müsabiqənin münsiflər heyətinin üzvü Mənsum İbrahimov məlumat verib. Onun sözlərinə görə, seçim turu Bərdə, Şəki, Gəncə və İsmayıllı rayonlarında aparılıb:

“Bu dəfə müsabiqəyə 400-ə yaxın iştirakçı qatılıb. 4 bölgə üzrə 30 nəfər ikinci tura vəsiqə qazanıb. Seçim turu 8-11 fevral tarixlərində Bakıda keçiriləcək”.

Mənsum İbrahimov qeyd edib ki, müsabiqə Novruz bayramı ərəfəsində Beynəlxalq Muğam Mərkəzində start götürəcək.

Bahar RÜSTƏMLİ
AzNews.az