"Çukur" sevərlərə bəd xəbər

5 Fevral 2019 11:02 (UTC+04:00)

Türkiyənin məşhur serialı olan “Çukur”da şok ayrılıq iddiaları yayılıb.

AzNews.az xəbər verir ki, serialın baş qəhrəmanı Aras Bulut İynemlinin əsgərliyə yollanacağı iddiaları səsləndirilib.

Ekran işində Yamaç Koçovalı obrazını canlandıran gənc aktyorun serialdan 21 günlük ayrılacağı deyilir.

Türk mətbuatının verdiyi məlumata görə, bu müddət ərzində aktyorun yer aldığı səhnələrin əvvəlcədən çəkilmiş kadrlarla doldurulacağı bildirilir.

Aynur Ələkbərova

AzNews.az