Türkiyənin Kanal D televiziyasında yayımlanan “2 sayfa” verilişində qonaq olan oriyental rəqqasə Didem peşəsinin çətinliklərindən bəhs edib.
AzNews.az xəbər verir ki, o, uzun illərdir rəqs etdiyini və bu sənətin çox çətin olduğunu söyləyib.
“Hələ dünən başıma bir hadisə gəldi. Telefonuma zəng edən şəxsdən menecerimi yığmağını istədim. Lakin həmin insan israrla mənimlə görüşmək istədiyini bildirdi. Məndən dəbdəbəli otel otağında çox zəngin bir insan üçün rəqs etməyimi istədilər. Mən də qəbul etmədim”.
Aynur Ələkbərova
AzNews.az