“O, ölməyə layiq idi”

20 Aprel 2013 11:14 (UTC+04:00)
Bostondakı faciədə təqsirli bilinən Coxar və Tamerlanın atası Anzor Sarnayev bu məsələdə təhlükəsizlik xidmətinin işçilərini təqsirləndirir.


Üz-üzə görüşdən imtina etdiyinə görə, onunla telefon əlaqəsi saxlanılıb.

Asoşeyted Pres agentliyi ilə söhbətdə Anzor Sarnayev 19 yaşlı kiçik oğlu Coxarı "əsl mələk" adlandırıb: "O, ABŞ-ın tibb institutunda 2-ci kursda oxuyurdu. Biz onu tətildə gözləyirdik. İndi bilmirəm nə olacaq". O həmçinin böyük oğlu Tamerlanın niyə atışmada öldürüldüyünü soruşub: "Axı onu sağ ələ keçirməli idilər".

Bundan əvvəl də Sarnayevlərin əmisi Ruslan Sarnayev Boston kanalı WBZ-yə danışıb. O, bildirmişdir ki, 2009-cu ildən onlarla görüşmür və "bədbəxt" adlandırdığı Tamerlan Sarnayev atışmada ölməyə layiq idi: "Onların yer üzündə yaşamağa haqları yoxdur".

Onun digər əmisi Alvi Sarnayev isə WBZ-yə açıqlamasında qardaşların Bostondakı hadisə ilə əlaqələrinin olduğuna inanmadığını bildirib.

Telekanal həmçinin Coxarın sinif yoldaşı ilə də danışmış və o, Coxarı "adi amerikalı oğlan" adlandırıb.

NBC News-n məlumatına görə, Tamerlan Sarnayev Rusiyada, Coxar isə Qırğızıstanda anadan olub. Onların ailəsi dəqiq olmayan məlumatlara görə, 1990-cı illərin əvvəllərində Çeçenistandan Qırğızısatana köçüb.

2001-ci ildə Sarnayevlər Maxaçqalaya gəlmiş və burda qardaşlar 4 aya yaxın məktəbə gediblər. Məktəbin direktorunun sözlərinə görə, Coxar və Tamerlanın 2 bacısı da var. Maxaçqaladan qardaşlar 2002-2003-cü illərdə ABŞ-a gəliblər. Тamerlan ABŞ-ın 2007-ci ildən hüquqi sakini olsa da, digər ailə üzvlərinin bu statusu alıb-almadığı məlum deyil.

Qeyd edək ki, hadisə 15 aprel tarixində Bostonda baş vermişdi. Nəticədə 3 insan ölmüş, onlarla insan yaralanmışdı.

Mətanət
AzNews.az