Rusiya və İran ödənişlərdə dollardan imtina etdilər

5 Fevral 2019 20:20 (UTC+04:00)

Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək.

Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.

“Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, - deyə diplomat vurğulayıb. (oxu.az)

AzNews.az