Azərbaycanda baş verən zəlzələnin görüntüləri yayıldı - VİDEO

6 Fevral 2019 10:11 (UTC+04:00)

Təbii fəlakətin ən çox hiss olunduğu Şamaxıda marketlərdən birinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntülər hər kəsi dəhşətə gətirib.

AzNews.az xəbər verir ki, kadrlardan da göründüyü kimi zəlzələ mağaza sahibinə külli miqdarda ziyan vurub.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Aynur Ələkbərova

AzNews.az