Fevralın 5-də “Leyla Khazari Art Gallery”də Gənclər Gününə həsr olunan “Axın” adlı rəsm sərgisinin açılışı olub.
AzNews.az-ın məlumatına görə, sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgidə 30-dan çox gənc rəssamın 50-ə yaxın rəsm əsəri nümayiş olunur. Bundan başqa gənc rəssamlara dəstək məqsədilə rəsm əsərlərinin satışı da təşkil olunub.
AzNews.az