Sevda Sanaliyevadan Afətə cavab: "Öz qaranlıq dünyasını işıqlandırsın!"

6 Fevral 2019 15:25 (UTC+04:00)

“Məni şantaj edən qələt edər”.

Bunu AzNews.az-a açıqlamasında müğənni Sevda Şanaliyeva həmkarı Afət Fərmanqızının onu təhqir etməsindən danışarkən deyib. O, vurğulayıb ki, tərbiyəsi Afətin işlətdiyi ifadələrə cavab verməyə yol vermir:

“Dərəbəylik dünyası deyil. Məni ailə məsələlərimi işıqlandırmaqla təhdid edən xanıma demək istəyirəm ki, özünə əziyyət vermə. Ailəm özü elə hər şeyi işıqlandırıb. Mənim ailə məsələmi işıqlandırmaqdansa, öz qaranlıq dünyasını işıqlandırsın. Biabırçı söyüşlərlə, hamını təhqir etməklə öz mədəniyyətini göstərir. Mənim tərbiyəm buna izin vermir. Bu günə kimi mənə söz atan heç kəsə cavab verməmişəm. Bu, kimdənsə qorxub, çəkindiyimdən irəli gəlmir. Sadəcə, qalmaqaldan uzaq durmuşam. Bundan sonra da belə olacaq. Mən onun cavabını verəcəkdim. Amma məni "bloka" atıb. Tənqidə tənqidlə cavab verməli idi. Hərə bir cürdür, mən rəqqasəliyimlə fəxr edirəm, o qazancımla anama baxmışam. İndi də müğənniliyimlə ailəmi saxlayıram. Hər ikisi sənətdir. Sadəcə, indi qapanıb oxuyuram, onun kimi belə zəif nöqtəmiz olan qəzəli əsdirərək oxumuram. Etmərəm də”.

Qeyd edək ki, müğənni Sevda Sanaliyeva Afət Fərmanqızını “Pəncu Şeş” ifasına görə tənqid edib. Bundan əsəbiləşən Afət Fərmanqızı həmkarını ailəsi ilə hədələyib:

"Bu keçmişdə rəqqasəlik edən xanım, indi qarnını örtüb olub ev qızı. Nəsiminin qəzəlini paylaşıb, məni tariximizə hörmətsizlik etməkdə qınayıb, öz aləmində. Gülüm bir az. Nə yaxşı işdi, gedim qarnımı və sinəmi açım, göbəyimlə pul qazanım, sonra da örtüm, tarixi dəyərlərdən danışım. Ay səni öləsən elə... Tarixi dəyərlərdən mental dəyərləri yaşadan insanlar danışa bilər. Məsələn, mənim kimi qəzəli yaşadan. Qurtarmırlar, birinin başını əzirsən, o biri qalxır. Amma pulumuz da var, adımız da. Məni qara siyahıya salıb o rəqqasəcik, yalandan da yazıb ki, guya mən etmişəm. Artıq-əskik yazsan, ailəndəki o məsələləri işıqlandıracağam”

AzNews.az