Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik kinoşünas Ayaz Salayevə əsəbiləşib.
AzNews.az xəbər verir ki, aktyor Ayaz Salayevin ADO teatrının müdafiəsi ilə bağlı dediyi fikirlərlə razılaşmadığını dilə gətirib:
“Budur sənin teatrın? Utan da! Gəncləri hara dəvət edirsən? Bu sənətdir? Cəmiyyəti öz arşınınla ölçmə! İki-üç nəfərin fikri hələ cəmiyyətin fikri deyil! Gedin ağlınıza dua yazdırın!”.
Qeyd edək ki, əməkdar incəsənət xadimi Ayaz Salayev sənət adamlarını ADO teatrına dəstək olmağa səsləyib. O, ADO teatrını əsl sənət nümunəsi hesab etdiyini deyib.

AzNews.az