Giorgi Marqvelaşvili müəllimliyə başlayır

6 Fevral 2019 23:56 (UTC+04:00)

Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili pedaqoji fəaliyyətlə məşğul olacaq.

49 yaşlı fəlsəfə doktoru G.Marqvelaşvili Gürcüstan İctimai Elmlər İnstitutunda (GİPA) “siyasət” mövzusunda məruzə oxuyacaq.

Qeyd edək ki, G.Marqvelaşvili fasilələrlə - 2000-2006-cı və 2010-2012-ci illərdə GİPA-nın rektoru olub. 2013-cü ildə “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəyi ilə prezident seçilib. 2018-ci ilin dekabrında Salome Zurabişvili prezident seçildikdən sonra fəal siyasətdən uzaqlaşıb.

AzNews.az