Meyxanaçının vəziyyəti pisləşdi: "Ayaqları tutuldu, yeriyə bilmir"

7 Fevral 2019 13:24 (UTC+04:00)

Məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yenidən pisləşib.

Bu barədə AzNews.az-a meyxanaçının yaxın qohumu Rüstəm məlumat verib. O, bildirib ki, hazırda Ağakərim xəstəxanadan evə aparılıb:

“Qəflətən səhhəti pisləşdi. Apardıq həkimə, müayinədən sonra məlum oldu ki, ayaqları tutulub. Həkimlər bunun beyinlə əlaqəli olduğunu dedilər. Bir neçə gün xəstəxanada qaldı. Amma müalicə üçün imkan olmadığından məcburiyyət qarşısında qalıb, onu evə gətirdik. Hazırda gözləyirik, ümid Allahadır”.

Qeyd edək ki, meyxanaçı Ağakərim 2017-ci ildə insult keçirib. Bununla əlaqədar o, dəfələrlə müalicə olunsa da hələ də normal həyata qayıda bilməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az