Türkiyəli məşhur müğənni Ece Seçkinin anası qızına xəbərdarlıq edib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənni Ece Seçkin öz İnstagram profilində Hadisənin paylaşdığı tərzdə şəkil paylaşıb.
Şəkildə müğənninin barmaq işarəsi diqqət çəkib. Ecenin anası Lale Akgün Seçkin qızının şəkilinə “Əl hərəkətin çox ayıbdır. Tez sil, bu şəkili, heç bəyənmədim” rəyini yazıb.
Müğənni anasının yazdığı rəyi Instastory-də paylaşaraq “Anama kim İnstagramı öyrədib. Gül kimi Facebookda başını qatırdı” yazıb.
Qeyd edək ki, bir neçə həftə əvvəl Hadisə öz İnstagram profilində paylaşdığı şəkildə onu sevməyənlərə barmaq işarəsi göstərib.
Nigar CƏFƏR
AzNews.az