Ölənlərin sayı 179-a çatıb
21 Aprel 2013 07:15 (UTC+04:00)
Çinin Sıçuan əyalətindəki Yəan şəhərində baş vermiş 7 bal gücündə zəlzələdə ölənlərin sayı 179-a çatıb, 6986 adam xəsarət alıb. APA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi məlumata görə, xilasedicilər uçqun altında sağ qalanların axtarışı üzrə əməliyyatı davam edir. Onlara kömək məqsədi ilə hadisə yerinə on minlərlə hərbçi, polis və yanğınsöndürənlər göndərilib.
AzNews.az