Fahriye xəstəxanalıq oldu

7 Fevral 2019 17:41 (UTC+04:00)

Türkiyəli tanınmış aktrisa Fahriye Evcen xəstəxanalıq olub.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həyat yoldaşı Burak Özçivit ilə uşaqlarını qucaqlarına almaq üçün gün sayan məşhur aktrisa dünən ABŞ-da xəstəxanaya yerləşdirilib.

Buna səbəb isə aktrisanın qrip olmasıdır. Həkimlər ona xəstəxanada müşahidə altında olmağı məsləhət görüblər.

Nigar CƏFƏR

AzNews.az