Parazitlər də yararlıdır
21 Aprel 2013 08:10 (UTC+04:00)
Amerikalı alimlər parazit həşəratların sayəsində olduqca möhkəm "bioplastır" hazırlamağa müvəffəq olublar.
Alimlər təbabətdə tətbiqini tapmaq üçün artıq uzun müddətdir ki, müxtəlif parazitlərin orqanlarını tədqiq edirlər. Qaniçən parazitlərin "sayəsində" hazırlanan bu plastırlar vasitəsi ilə cərrahlar deşik yaralarını, implant olunmuş dərini və ya əzələləri birləşdirəcəklər.
Bu barədə xəbəri Nature Communications jurnalı dərc edib.
Plastırın parazitlərdəki kimi hazırlanmış iynələrinin unikal dizaynı onlara imkan verəcək ki, onlar parazitlərdə olduğu kimi bədənin toxumalarına minimal zədələrlə daxil olsun və orada möhkəm qalsın. Bundan başqa, həmin plastırlar çıxarılanda kapilyarlara və əsəb damarlarına iynə ilə tikilməkdən daha az zədə verəcək.
AzNews.az