Mariya Zaxarova: "XİN başçılarının üçtərəfli görüşünə hazırlıq görülür"

7 Fevral 2019 19:10 (UTC+04:00)

"Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verecəyik", - deyə o bildirib. (report)

AzNews.az