Serial ulduzu burun xərçəngindən öldü

7 Fevral 2019 21:58 (UTC+04:00)

Amerikalı yumor ustası və aktyor Stiv Bin burun xərçəngindən dünyasını dəyişib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, aktyor 58 yaşında vəfat edib. Binə xərçəng diaqnozu 2016-cı ildə qoyulub.

Qeyd edək ki, Stiv Bin “Ovsunlanmışlar”, “Rey Donovan”, “Evli və uşaqlı”, “Abırsızlar”, “Darma və Qreq”, “Dayan, Çarli!” serialları ilə məşhurdur. (qafqazinfo)

AzNews.az