Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı

7 Fevral 2019 22:57 (UTC+04:00)

Gürcüstan prezidenti Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlanıb.

2018 ci ilin bəyannaməsinə əsasən, Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır. Bu da, təxminən ayda 3 320 avroya bərabərdir.

Məhz Fransa pensiyasına arxalanaraq xanım Zurabişvili Gürcüstan prezidentliyinin 13 000 larilik aylıq maaşından imtina edib.

Fransa pensiyasından başqa Salome Zurabişvilinin 2018 ci il gəlirləri aşağıdakılardan ibarətdir:

Gürcüstan Prezidenti postunda (16.12.2018-ci ildən 31.12.2018-ci ilədək) - 2 891.42 lari.

Gürcüstan Parlamentinə üzvlük ərzində (01.01.2018-ci ildən 16.12.2018-ci ilədək) - 55 128 lari;

Bina kirayə vermək yolu ilə - 29 000 avro.

Daşınan və daşınmaz əmlakı

Fransanın paytaxtında ev 60 kv.m;
Tbilisidə yaşayış evi - 126,33 kv.m;
Tbilisi torpaq ərazisi 235 kv.m

2016 cı ildə 17 000 dollar dəyərində Hyundai 2012 avtomobili alıb.

Banklarda olan pul hesabları:

"Societe generale Paris"də aktiv olan hesabı 8 394.64 avro;
Gürcüstan bankı 35 594 dollar;
Gürcüstan bankı qüvvədə olan maaş hesabında 9 016.46 lari;
Gürcüstan bankı aktiv hesabda 2 811 avro. (qafqazinfo)

AzNews.az