Tramp Si Çzinpinlə görüşün təyin edilmədiyini bildirib

8 Fevral 2019 00:41 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin Xalq Respublikasının sədri Si Çzinpinlə ticarət razılaşması üzrə görüş hələ təyin olunmayıb.

"Hələlik yox", - deyə Tramp bu barədə sualı cavablandırarkən bildirib.

Daha əvvəl KİV bildirib ki, Tramp və Si Çzinpin fevralın 27-28-də Vyetnamda görüşün təşkili imkanını nəzərdən keçirirlər.

Fevralın əvvəllərində Çin rəsmiləri bildiriblər ki, ticarət razılaşması üzrə danışıqların son raundunun gedişatında rəsmi Pekin və Vaşinqton əhəmiyyətli irəliləyişə nail olublar. (report)

AzNews.az