Oteldə dəhşət: “Məni doydurmursan” deyən qızın başına oyun açdı – VİDEO + FOTO

8 Fevral 2019 10:32 (UTC+04:00)

Türkiyənin Antalya şəhərində Qazaxıstan əsilli sevgilisi Nailiya Nutfullinanı öldürməkdə günahlandırılan Altay Aksoyun məhkəmədə verdiyi ifadə hər kəsi şoka salıb.

AzNews.az xəbər verir ki, o, sərxoş olduğunu, törətdiyi əməli xatırlamadığını bildirib:

“Mənə dedi ki, sən məni doydurmursan. Həyatımda başqa kişilər var. Daha səni istəmirəm”.

Qeyd edək ki, hadisə 5 ulduzlu otellərdən birində baş verib. Altay qadının başından tutaraq dəfələrlə döşəməyə çırpıb. 21 gün həyatla ölüm arasında mübarizə aparan qadın dünyasını dəyişib.

Aynur

AzNews.az