Vazelinin saymaqla bitməyən faydaları

8 Fevral 2019 11:54 (UTC+04:00)

Vazelin illərdir həyatımızda olan, demək olar ki, hamımızın evində tapılan bir məhsuldur. Amma bir çoxumuz vazelinin gözəllik və dərimiz üçün nə qədər faydalı olduğunu bilmirik.

Əl və dırnaq

Dırnaqları gücləndirən vazelin eyni zamanda dırnaq ətlərini yumşaldır və manikurunuza kömək etmiş olur. Əlləriniz tez-tez quruyursa, gecə yatanda əlinizə vazelin sürtüb yata bilərsiniz.

Göz altı

Zaman–zaman qırışlar yaranan və yorğun görünən göz altı üçün də vazelindən istifadə edə bilərsiniz.

Diz və dirsəklər

Diz və dirsəklərimiz bədənimizdə ən çox quruyan hissələrdəndir. Vazelin əsas da bu bölgələr üçün çox yaxşı nəmləndirici vasitədir.

Qaş və kiprik

Qaşlarınız və kipriklərinizin baxımı üçün istifadə edə biləcəyiniz vazelini eyni zamanda gün ərzində formasını dəyişən qaşlarınız üçün də sabitləyici olaraq istifadə edə bilərsiniz.

Dodaqlar

Dodaqlarınızın qurumaması və çatlamaması üçün istifadə etdiyiniz vazelin eyni zamanda bir parıldadıcı olaraq da istifadə oluna bilər. Bu, həm də dodaqlarınızın cəlbedici olmasına səbəb olar.

Səidə Nurməmmədli

AzNews.az