“Təzədən evlənərsiniz?” sualına Hülya Avşardan təəccübləndirən cavab

8 Fevral 2019 12:50 (UTC+04:00)

Türkiyənin məşhur aktrisası və müğənnisi Hülya Avşar evlilik sualına təəccübləndirən cavab verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dünən gecə əyləncə klublarının birindən çıxarkən müxbirlərlə qarşılaşıb.

Yaxın günlərdə keçmiş əri Kaya Çilingiroğlunun İnstagramda paylaşdığı şəkilə “Yaraşıqlı” rəyini bildirən aktrisaya "keçmiş əri ilə yenidən evlənərmi?" sualı verilib.

Aktrisa “Kaya karizmatik və gözəl geyinir. Türkiyədə onun kimi biri yoxdur. Yaxşı və böyük üzük alarsa, niyə də yox? Onunla hər şey haqda danışa bilirəm. Belə adamlardan ətrafda çox az var, hətta yoxdur” deyib.

Qeyd edək ki, Hülya Avşar və Kaya Çilingiroğlu evliliklərini 2005-ci ildə bitirib. Onların bu evlilikdən Zəhra adlı qızları var.

Nigar CƏFƏR

AzNews.az