3 gənc yol polisini döydü
21 Aprel 2013 10:24 (UTC+04:00)
Moskvada yol polisi əməkdaşı möhkəm döyülüb. Maşını saxlamağı tələb edən yol polisi əməkdaşının tələbini yerinə yetirməyən sürücü daha sonra maşını saxlayaraq yanındakı yoldaşları ilə bərabər polisi döyüb.
Döyülməyə səbəb polisin sürücülük vəsiqəsi olmayan gəncə protokol yazmaq istəməsi olub. Buna eturaz edən və polisdən protokol yazmamağı istəyən gənclər bu tələbi yerinə yetirməyən yol polisi əməkdaşını döyməklə cəzalandırıblar. Daha sonra məlum olub ki, polisi döyənlərdən biri OMON –çudur.
Elnarə
AzNews.az