Minlərlə insan hələ də torpaq altındadır

21 Aprel 2013 10:40 (UTC+04:00)

Çində baş verən zəlzələdə torpaq altında minlərlə insan qalıb. Xilasetmə-axtarış əməliyyatlarına şəxsən baş nazir Li Keçyan rəhbərlik edir. İndiyə qədər əlaqənin olmadığı Siçyani rayonunda iş daha da intensivləşdirilib.

Son məlumata görə ölənlərin sayı 180 nəfərə çatıb, 7 min nəfər xəsarət alıb. 140 min nəfər fəlakət bölgəsindən evakuasiya olunub. Minlərlə insan ilk tibbi yardıma möhtacdır.

Qeyd edək ki, bu zəlzələ 2008-ci ildən bəri Çində ilk dəhşətli zəlzələdir. Həmin il 80 min nəfər zəlzələ qurbanı olmuşdu.

Elnarə
AzNews.az